Yaxın aylarda Bakıda İCESCO-nun regional ofisinin açılış mərasimi keçiriləcək. Bu haqda bu gün, 19 yavar tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bununla bağlı müzakirələr İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) İcraiyyə Şurasının 44-cü sessiyası və təşkilatın ikinci məşvərət iclası çərçivəsində aparılıb.
Müzakirələrdə İCESCO-nun və digər beynəlxalq təşkilatların tərəfdaş olduğu 2024-cü ildə Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) keçiriləcəyi vurğulanıb, İCESCO-nun və ona üzv ölkələrin sözügedən beynəlxalq tədbirlərdə iştirakının əhəmiyyətli olacağı vurğulanıb.