Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakıda keçiriləcək. Bu məqsədlə paytaxtda böyük hazırlıq işləri gedir.
Bakuplus.az-ın əldə etdiyi məlumata görə, tədbir zamanı nəqliyyatın və avtomobillərin intensiv axını təmin etmək məqsədi ilə artıq yollarda zolaqlanma işləri həyata keçirilir. Artıq şəhərin mərkəzi küçə və prospektlərində müvafiq işlərə start verilib.
Qeyd edək ki, 2017-ci ildə keçirilən İslam Həmrəyliyi Oyunları zamanı da bu üsuldan istifadə edilib.
Almaz Qasımova