Bakıda dələduzluq edən 2 şirkət barəsində cinayət işi açılıb. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
“Recent Group” və “Area Alfa Group” MMC-lərin direktorları Sevinc Aslanova və Kamil Curayev Almaniya, Hollandiya, Slovakiya və başqa ölkələrə iş vizası və dəvəti alınması, eləcə də digər növ məşğulluq məsələlərinin həllinə dair yalan vədlər verərək ayrı-ayrı vətəndaşlardan pul alıblar.
Hazırda faktlarla bağlı araşdırmalar davam edir.