Bu gün, 20 dekabr tarixində Bakıda dəm qazının miqdarı 1,3 dəfə normadan yüksək olub. Bu haqda Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Qurum dəm qazı miqdarının yüksək olmasına səbəbin nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədar olduğunu bildirib.