top
Bakıda dəmir yolu stansiyalarının sayı 54-ə çatdırılacaq
08 yanvar 2024, 02:00
- ↺ +

Bakıda dəmir yolu stansiyalarının sayı 54-ə çatdırılacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeron yarımadasında 2027-ci ilin sonuna kimi 20 sərnişin stansiyasının yenidən qurulması, istifadəyə verilməsi və tikintisi, o cümlədən Baləcəri stansiyası ilə Bakı dəmir yolu stansiyası arasında Şimal-Cənub dəhlizi boyunca 4 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Bu, Bakının 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub. Bu haqda bu gün, 8 yanvar tarixində Bakuplus.az məlumat verir.

Həmçinin Lökbatan qəsəbəsindən keçən dəmir yolu infrastrukturunun yenidən qurulması və sərnişin stansiyası kimi istifadə edilməsi, Lökbatandan Bakı dəmir yolu stansiyasına müntəzəm şəhərətrafı qatarların hərəkətinin açılması nəzərdə tutulur.

Bakıxanov stansiyasından Zirəyə doğru uzanan və Bülbülə, Əmircan, Suraxanı, Yeni Suraxanı, Binə, Qala, Dübəndi və Zirədə yenidən qurulacaq 8 stansiyadan ibarət xəttin bərpası, “Qaradağ-Güzdək”, “Zabrat-Maştağa-Zuğulba” dəmiryolu dəhlizlərinin yaradılması, habelə Qaradağ rayonu ərazisində və Xocasən qəsəbəsində yeni dəmir yolu stansiyalarının yaradılması nəzərdə tutulur.

Həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportuna yeni dəmir yolu xəttinin çəkilməsi, Heydər Əliyev Beynəlxalq Aeroportundan Yeni Suraxanı və Binə qəsəbələrinə yeni dəmir yolu xəttinin çəkilməsi, həmçinin Hövsan dəmir yolu stansiyasının fəaliyyətinin bərpası nəzərdə tutulur.

2040-cı ilədək şəhərin mərkəzi ilə yarımadanın şimal hissəsi arasında birbaşa dəmir yolu əlaqəsini təmin etmək və dəmir yolu nəqliyyatının əhatə etdiyi ərazini genişləndirmək üçün “Binəqədi-Mehdiabad-Fatmayı-Pirşağı” yeni dəmir yolu dəhlizinin yaradılması nəzərdə tutulur.

Abşeron yarımadasında dəmir yolu şəbəkəsinin ümumi uzunluğunun 195,4 kilometrdən 338,6 kilometrə, stansiyaların sayının isə 26-dan 54-ə çatdırılması nəzərdə tutulur.

Paytaxtımızın yeni Baş Planı barədə ətraflı məlumatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında izləmək mümkündür.

Son xəbərlər

Xəbər
Bu gün, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Oxşar xəbərlər