Daha 2 nəfər küləkdən xəsarət alıb. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına küləkdən xəsarət alan 2 nəfər müraciət edib. Onlardan birinin qabırğaları sınıb, digərində baş-beyin silkələnməsi olub.
Hər 2 şəxs hospitalizasiya edilib. Müalicələri davam edir.
Daha öncə travmatologiya institutuna 3 nəfərin müraciət etməsi barədə məlumat verilmişdir.