Bakı şəhəri ərazisində yerləşən heyvan kəsimi məntəqələrində monitorinq keçirilib. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı 7 heyvan kəsimi məntəqəsində nöqsanlar aşkarlanıb. Onların yerləşdikləri ərazilər aşağıdakı kimidir:
- Nizami rayonu, Q.Qarayev prospekti, 102;
- Nizami rayonu, B.Nuriyev küçəsi, 33;
- Nizami rayonu, B.Nuriyev küçəsi, 174;
- Nizami rayonu, Q.Qarayev prospekti, 81;
- Nizami rayonu, İ.Həbibov küçəsi;
- Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyidibad Ağa küçəsi;
- Sabunçu rayonu, Maştağa qəsəbəsi.
Adıçəkilən obyektlərdə ət kəsimi üçün nəzərdə tutulan metal konstruksiyalar sökülüb, rəhbərləri məsuliyyətə cəlb olunub.
Qurum reydləri davam etdirəcəyini bildirib.