Paytaxtın Nərimanov rayonunda müxtəlif şəxslərdən telefon oğurlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 17 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Samir Əliyev danışmaq adı ilə zərərçəkənlərin mobil telefonunu götürüb daha sonra geri qaytarmırdı.
Şübhəli şəxs 10 nəfərə ümumilikdə 5000 manat dəyərində ziyan vurub. Təqsirkarın Nizami rayonunda quldurluq, Nərimanov rayonunda isə soyğunçuluq etdiyi üçün axtarışda olduğu da məlum olub.
Faktla bağlı araşdırma aparılır.