Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq.
Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmirlə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti 19 sentyabr saat 06:00-dan etibarən tam məhdudlaşdırılacaq.