Bakıda daha bir məktəb distant təhsilə keçib. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksində qızılca xəstəliyi aşkarlanıb. Yoluxma 5-ci sinif şagirdində qeydə alınıb. Bu səbəbdən həmin sinfin tədrisi 14 gün müddətinə distant formaya keçirilib.
Bir neçə gün öncə 195 nömrəli tam orta məktəbdə distant tədrisə keçirilmə barədə məlumat verilmişdi.