Bakıda daha bir marşrut xətti “BakuBus”a verilib. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
57 nömrəli marşrut xəttində bundan sonra “BakuBus”ın avtobusları fəaliyyət göstərəcək. Avtobuslar təxminən 10.000 sərnişinə xidmət edəcəklər.
Yeni avtobuslar 24 fevral tarixindən etibarən xəttə buraxılacaq.