Bakıda dönərxanaların monitorinqi davam edir. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Paytaxtın Binəqədi, Xəzər, Yasamal və Suraxanı rayonlarında aparılan yoxlamalar zamanı aşağıdakı obyektlərdə nöqsanlar aşkarlanıb:
- Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Binəqədi şosesi, ev 3H ünvanında fəaliyyət göstərən “Manqal Dönər”;
- Bakı şəhəri, Xəzər rayonu, Binə südçülük sovxozu, Vaqif küçəsində fəaliyyət göstərən "Dönəriyyo";
- Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən "Akdeniz" dönərxanası;
- Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, Q yaşayış sahəsində fəaliyyət göstərən “Dönərio".
Adıçəkilən müəssisələrdəki məhsullarda müxtəlif bakteriyalar aşkarlanıb, və bir sıra digər qayda pozuntuları qeydə alınıb.
Faktlarla bağlı sahibkarlar məsuliyyətə cəlb olunublar, obyektin fəaliyyəti isə dayandırılıb.