Bakıda silahların könüllü təhvil verilməsi davam edir. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis əməkdaşları paytaxtda və ölkənin ayrı-ayrı rayonlarında ümumilikdə 1 ədəd avtomat silahı, 7 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 164 ədəd müxtəlif çaplı patron təhvil alıblar.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam edir.