Bakıda daha bir universitetdə qızılcaya yoluxmalar qeydə alınıb. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Verilən məlumata görə, Azərbaycan Texniki Univeristetinin (AzTu) 8 tələbəsi qızılcaya yoluxub.
“Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib", – deyə təhsil ocağından qeyd olunub.
Daha öncə Memarlıq və İnşaat Universiteti və məktəblərdə qızılcaya yoluxma faktları qeydə alınmışdı.