Qaradağ rayonunda yerləşən qazıntı yataqları istifadəyə veriləcək. Bu haqda bu gün, 6 dekabr tarixində iqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
5,5 hektar əraziyə sahib “Gülbaxt” və 2,5 hektarlıq “Şahqaya” əhəngdaşı yatağı hərraca çıxarılacaq.
Hərracda iştirak etmək istəyənlər sənədləri 17 dekabr saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim etməlidirlər.
Elan haqda bütün məlumatları aşağıdakı linklərdən öyrənmək mümkündür: