Bakı Nəqliyyat Agentliyi (BNA) 2023-cü ilin əvvəlində işə salınması planlaşdırılan bir sıra işıqforların sazlanması və elektrik enerjisinin verilməsi üçün hazırlıq işlərini yekunlaşdırır. Bu haqda bu gün, 30 dekabr tarixində Caliber.az məlumat verib.
“Dakar” dairəsinə əlavə olaraq 8 Noyabr (Qırmızı ulduz İstilik- Elektrik Mərkəzinin yaxınlığında) və Zaur Nüridəliyev küçəsində (keçmiş Aşıq Molla Cümə küçəsi), 7 saylı ASAN xidmətin yaxınlığında işıqforlar quraşdırılıacaq.
Plana əsasən, “Dakar” dairəsinin girişində işıqforların quraşdırılması ərazidə nəqliyyat vasitələrinin yükləməməsinə imkan verəcək və avtomobillərin mərhələli şəkildə dairəyə çıxmasını təmin edəcək. 8 Noyabr prospektində və Zaur Nüridəliyev küçəsində isə işıqforların quraşdırılmasında əsas məqsəd piyadaların təhlükəsizliyini təmin etməkdir.
[URIS id=85357]