Bakıda dezodorant oğurlayan şəxs barəsində hökm oxunub. Bu haqda bu gün, 3 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
34 yaşlı Bakı şəhər sakini Cavidə (ad şərtidir) 180 saat ictimai işlərə cəlb olunma təyin olunub.
Hadisə Səbail rayonunun Səməd Vurğun küçəsi, 3 ünvanında yerləşən supermarketdə baş verib. Təqsirkar məkandan 1 ədəd dezodorantı geyiminin altında gizlədərək oğurlayıb.
O, dəymiş ziyanı müəyyən müddətə ödəyəcəyini bildirib və barəsində yüngül cəza seçilməsini xahiş edib.