Bakıda keçirilən Beynəlxalq Avtomobil Federasiyası (FİA) həftəsi çərçivəsində FİA-nın yarışlarında qalib gələn avtomobillərin sərgisi olub. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az Azərbaycan Avtomobil Federasiyasına (AAF) istinadən məlumat verir.
Avtomobillər Heydər Əliyev Mərkəzinin qarşısında nümayiş olunub.
Sərgidə 2023-cü ildə “Formula 1”, Dünya Ralli Çempionatı (World Rally Championship), Dünya Ralli-Reyd Çempionatı (World Rally-Raid Championship (W2RC), FİA Dünya Dözümlülük Çempionatı (FIA World Endurance Championship), Dünya Rallikros Çempionatının (World Rallycross Championship) qalib pilotlarının idarə etdikləri avtomobillər qonaqlara təqdim olunub.
[URIS id=122428]