Güclü külək Bakıda ağaclara ziyan vurub. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata əsasən, güclü külək səbəbindən paytaxtda 20 ağac sınıb.
“Bütün hallarda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib", – deyə qurum qeyd edib.