Bakı və Abşeronda hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Bakı və Abşeron yarımadasında 8 dekabr axşam saatlarından 10 dekabr səhərə qədər fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. 9 dekabr günün birinci yarısında cənub küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-14° isti olacaq.