Bakı səmasında görünən naməlum obyektin nə olduğu məlum olub. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az xəbər verir.
Bildirilir ki, Rusiyanın Həştərxan vilayətindəki Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin sınaq buraxılışı həyata keçirilib.
Bununla bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama verib.
“Əldə edilən nəticələr Rusiya Federasiyasının strateji təhlükəsizliyinin təmin edilməsində Rusiya raketlərinin yüksək etibarlılığını təsdiqləyir. Raket buraxılışının tapşırıqları tam şəkildə yerinə yetirilib”, – deyə qurum əlavə edib.
Ötən gün axşam saatlarında Bakı səmasında müşahidə edilən naməlum obyekt təşviş yaratmışdı.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/04/sequence-019.mp4"][/video]