Bakıda dəm qazı normanı ötüb. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Paytaxt ərazisində havada dəm qazı normadan 1,1 dəfə yüksək olub.
Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv olması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədar olduğu bildirilir.