Bakıda Mülki Hava Naviqasiya Xidmətləri Təşkilatının (CANSO) himayəsi altında Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) aeronaviqasiya strukturları rəhbərlərinin birinci sammiti keçirilir. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Sammit yanvarın 23-dən 25-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə AZAL-in birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdə regionda hava hərəkətinin inkişafı və idarə olunması məsələləri müzakirə olunub. Müzakirələr nəticəsində uçuşların təhlükəsizliyinin və birgə fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş razılaşdırılmış qərarlar qəbul edilib.
Sammit proqramı çərçivəsində iştirakçılar, həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) fəaliyyəti, o cümlədən regionda hava nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün yeni texnologiyalar və tədbirlərlə tanış olacaqlar.