Respublika Diaqnostika Mərkəzində ölkədə ilk dəfə pasientə oyanıq beyin əməliyyatı icra edilib. Bu haqda bu gün, 17 dekabr tarixində Baku.tv reportajı təqdim edib.
Xəstə 18 yaşlı xanımdır, onun nitq mərkəzinə və motor korteksinə yaxın yerdə törəmə olduğu aşkarlanıb. Əməliyyat RDM-in neyrocərrahı, uzman Röyal Mehtiyev tərəfindən icra olunub.
Əməliyyat zamanı xəstə oyaq olub və həkimlərin suallarını cavablandırıb. Qeyd olunur ki, pasientin hərəkətlərini və nitqini müşahidə edərək, beynin həyati funksiyalarını pozmadan şişi mümkün qədər təhlükəsiz çıxarmağa kömək edir.
Bu, Avropa və ABŞ kimi inkişaf etmiş ölkələrdə adi əməliyyat olsa da, Azərbaycanda ilk uğurlu əməliyyat hesab olunur.