Bakıda 35 yaşlı təmir-tikinti şirkətlərindən birinin sahibinin evində meyiti aşkarlanıb. Bu haqda BakuPlus.az Report-a istinadən xəbər verir.
Xətai rayonunda yaşayan Salyan rayon sakini 35 yaşlı Visal Məlikov evində ölü tapılıb. Mərhumun həyat yoldaşı anasının evində olan zaman ona zəng edib. Lakin V. Məlikov telefona cavab vermədiyindən o, evə qayıdıb. Bu zaman V. Məlikovun öz mənzillərinin qapısından qalstuk ilə asılmış meyitini aşkar edib.
Hadisənin intihar olub-olmadığı hələ ki dəqiq bilinmir.
Faktla bağlı araşdırmalar davam etdirilir.