Bakıda şirkət rəhbərinə hökm oxunub. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Tranzit işləri ilə məşğul olan “Buta Broker”in rəhbəri, Rəşad adlı şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Ancaq daha sonra təqsirkar barəsində qərar başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub.
Rəşad ayrı-ayrı şəxslərin ölkəyə gətirdiyi tibbi ləvazimatları gömrük brokeri olaraq rəsmiləşdirilməsini müstəqil həyata keçirməklə gömrük sərhədindən keçirəcəyini vəd edərək külli miqdarda pulu mənimsəyib.