Bakıda istilik mövsümü başlayıb. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Cari ilin 15 noyabr tarixində başlayan mövsüm növbəti il 15 aprel tarixinə qədər davam edəcək.
Məlumata əsasən, cari mövsümdə “Azəristiliktəchizat”ın balansında olan 561 qazanxana və 88 istilik məntəqəsi vasitəsilə Bakı şəhəri və respublikanın regionlarında 3863 yaşayış binasının, 184.000-ə yaxın mənzilin, 285 orta məktəbin, 127 uşaq bağçasının, 151 səhiyyə müəssisəsinin və 2500-ə yaxın sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.