Bakıda küləkli hava gecə saatlarına qədər davam edəcək. Bu haqda bu gün, 3 yanvar tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Hazırda ölkə ərazisində küləkli hava müşahidə olunur. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 20 m/s təşkil edir. Havanın temperaturunda isə 14 dərəcəyədək isti müşahidə edilir.
Güclü külək 4 yanvar gecə saatlarında zəifləyəcək.