Bakı və Abşeron yarımadasında soyuq havalar davam edəcək. Bu haqda Milli Hidrometeorologiya Xidmətinin mətbuat xidməti məlumat yayıb.
15-17 yanvar tarixlərində havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. 20 yanvar tarixinə qədər isə güclü külək olacağı, sürətin 28 m/s-dək çatacağı bildirilir.
15 yanvar tarixində havanın temperaturunun gecə 2 dərəcəyə qədər şaxta, gündüz isə 5-8 dərəcə isti olacaq.