Bakı və Abşeron yarımadasında hava küləkli olacaq. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
23 noyabr tarixində Bakı və Abşeronda cənub-qərb küləyinin sürətinin 15-20 m/s, arabir 23-25 m/s, günün ikinci yarısından noyabrın 24-dək isə şimal-qərb küləyinin sürətinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.