Bakıda koronavirus infeksiyası səbəbindən vəziyyəti pisləşən hamilə qadın və onun 28 həftəlik körpəsi tədricən həyata qayıdır. Bu barədə bu gün, 8 dekabr tarixində Trend Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayət oğluna istinadən məlumat verib.
Bir ay əvvəl hamilə qadın Сovid-19-a yoluxduğu üçün bir sıra klinikalar onu qəbul etməkdən imtina etdikdən sonra o, Kliniki Tibbi Mərkəzinə yerləşdirilib. Güman edilirdi ki, yalnız ananın və ya uşağın həyatını xilas etmək mümkün olacaq. İlkin doğuşun ana süni nəfəs aparatında olarkən həyata keçirilməsi qərara alınıb.
Həkimlərin qorxusuna və yeni doğulmuş qızının məcburi süni ventilyasiyaya yerləşdirilməsinə baxmayaraq, hazırda ana və uşağın vəziyyəti normaldır, hər ikisi sağalır. Uşaq lazımi çəkiyə çatıb və ana südü ilə qidalanır.