Bakıda paytaxt sakini aldığı iti qaytara bilmir. Bu haqda Space telekanalı reportaj hazırlayıb.
Paytaxt sakini uşağını əyləndirmək üçün bankdan kreditlə pul götürərək it alıb. Xanım iti bəyənib, lakin sonradan uşağının onunla yola getmədiyini görüb və onu qaytarmaq qərarına gəlib.
Ev heyvanını satan şəxs isə ona bildirib ki, iti eyni cins başqa itə dəyişə bilər, ancaq ödənişi qaytarmayacaq.