Ekologiya və Təbii Sərvətlər Nazirliyi bakıda monitorinqlər keçirib. Nəticədə bir sıra tanınmış restoranlar cəzalandırılıb. Bu haqda bu gün, 17 mart tarixində nazirliyin mətbuat xidməti məlumat verib.
Havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən obyektlər barəsində protokollar tərtib olunub.
Bakı şəhərində fəaliyyət göstərən "Sarı gəlin", "Hissa", "Sərin Saray", "Monte Karlo", "Grand Opera", "Neptun", Sumqayıt şəhərində “Ülvi”, “Xarı Bülbül”, “Yeni Həyat” və “Okean” restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Monitorinq və nəzarət tədbirləri davam etdirilir.