Bakıda məşhur tikinti şirkəti barəsində məhkəmə başlayıb. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxsləri – şirkətin sahibi Rauf Əliyev, yaxın qohumu Rəsul Əhmədov və Zahir Nəcəfov barələrində toplanmış sənədlər Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Onlar vətəndaşları aldadaraq, mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz satmaqla əldə edilmiş pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar. Məsələdə 280-dən çox şəxs zərərçəkmiş kimi tanınıb.