Bakıda məktəb direktoru və dövlət qurumu arasında mübahisə yaranıb. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən xəbər verir.
39 nömrəli orta məkətəbin direktoru Nisə Fərəcova ilə Dövlət Əmək Müfəttişliyi Xidməti arasında qalmaqal yaranıb.
Belə ki, qurum direktorun məzuniyyət haqlarının, ezamiyyə xərclərinin hesablanmasında nöqsanlara yol verməsi ilə əlaqədar onun barəsində inzibati iş başladıb. Nəticədə Nisə Fərəcova cərimələnib. Direktor öz növbəsində qərarla razılaşamayıb və məhkəməyə üz tutub. İşə Səbail Rayon Məhkəməsində baxılacaq.
Qanuna əsasən, sözügedən nöqsanlara görə vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulur.