Bakının bəzi yollarında sürət həddi endirilib. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Küləkli hava şəraiti ilə əlaqədar hazırda Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bundan əlavə, bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub.
Sürücülərdən diqqətli olmaları xahiş olunur.