Bakıda tikinti şirkətinin direktoru barəsində hökm oxunub. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Məhkəmənin qərarı ilə “Sahil-D Kompani” MMC tikinti şirkətinin icraçı direktoru, 70 yaşlı Adilağa Hüseynov 1 il 3 ay müddətinə islah işlərinə məhkum edilib.
Təqsirkar internet televiziyasının efirinə çıxaraq yüksəkvəzifəli məmur haqqında böhtanlar səsləndirib, həmçinin Söhrab Əliyev və Nazim Hüseynov adlı şəxslərin şirkətin adından istifadə edərək bina sakinlərindən 1,5 milyon manat məbləğində vəsaiti mənimsəməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verib.