Bakıda yeni narkoloji xəstəxanalar inşa ediləcək. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Səhiyyə naziri Teymur Musayevin sözlərinə görə, hazırda paytaxt ərazisində 2 böyük narkoloji xəstəxananın inşası davam edir. Onlardan biri 350, digəri isə 150 çarpayılıqdır.
Onun sözlərinə görə, xəstəxanalar istifadəyə verildikdən sonra ölkədə bu sahədə çarpayı fondu artacaq.