Oktyabrın 30-da Nərimanov rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Reporta istinadən polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini Fuad Quliyev saxlanılıb. Onun üzərində heroin aşkar olunub. İstintaq zamanı məlum olub ki o, narkotikləri “Batya” kimi tanınan, əvvəllər dəfələrlə məhkum edilmiş Bəxtiyar Orucovdan alıb.
Polisin növbəti tədbiri zamanı Orucov saxlanılıb və onun evindən ümumilikdə 900 qrama yaxın satış üçün qablaşdırdığı heroin və elektron tərəzi aşkar edilib.
Faktla bağlı araşdırma davam edir.