Bakı və ölkə ərazisində vətəndaşlar könüllü silah təhvil veriblər. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
11 və 12 noyabr tarixlərində paytaxt ərazisində və respublikanın rayonlarında ümumilikdə 5 ədəd avtomat, 12 ədəd qumbara, 6 patron darağı, 490 ədəd müxtəlif çaplı patron və 20 ədəd müxtəlif markalı ov tüfəngi polis əməkdaşlarına təhvil verilib.
Bundan əlavə, keçirilən əməliyyatlar nəticəsində 4 ov tüfəngi aşkar edilərək götürülüb.