Bakıdakı polis şöbəsində dəyişiklik baş verib. Bu haqda bu gün, 18 dekabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirbağır Bağırov vəzifədən azad edilib. O, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib.
Bundan əlavə, 4-cü Polis Şöbəsinin rəisi, polis mayoru Natiq Teymurov 2-ci Polis Şöbəsinə rəis göndərilib.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.