Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tural Məşədiyev tutduğu vəzifədən azad edilib. Bu haqda bu gün, 10 yanvar tarixində Qafqazinfo məlumat verib.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Məşədiyev sərəncama götürülüb. Onun yerinə təyinat hələ ki yoxdur.