Bakıda polis idarəsində rəhbərlik dəyişib. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Polis mayoru Elşad Şahbazov Suraxanı RPİ-nin təhqiqat şöbəsinə rəis təyin olunub. O, bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.