Bakı və ölkədə qanunsuz silahların təhvil verilməsi davam edir. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis əməkdaşlarına paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 10 ədəd müxtəlif markalı ov tüfəngi, 2 patron darağı və 14 ədəd müxtəlif çaplı patron könüllü şəkildə təhvil verilib.
Əlavə olaraq keçirilən əməliyyat nəticəsində 5 ov tüfəngi aşkar edilərək götürülüb.