Bakıda “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” adlı beynəlxalq konfrans işə başlayıb. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Qərbi Azərbaycan İcmasının təşkil etdiyi tədbirdə 30 ölkədən 100-ə yaxın nümayəndə iştirak edir.
Beynəlxalq konfransın iştirakçıları qərbi azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz, dinc və ləyaqətlə qayıtması məsələlərini müzakirə edəcəklər.