Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Yasamal rayonunda qanunsuz köşk sökülüb.
Bakuplus.az Caliber-a istinadən xəbər verir ki, “İnşaatçılar” metrostansiyasının çıxışında piyadalar üçün nəzərdə tutulmuş səkidə qanunsuz olaraq köşk tikintisi faktı aşkar edilib.
Qanun pozuntusu ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, bundan sonra qanunsuz tikinti prosesi dayandırılıb və köşk sökülüb.
