Bakıda sulu qar yağacaq. Bu haqda 11 yanvar tarixində Report məlumat verib.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşam saatlarından yağış yağacağı, 14-də sulu qara, Bakı şəhərinin nisbətən yüksək ərazilərində isə qara keçəcəyi gözlənilir.
Yanvarın 13-ü axşam və 14-də hava soyuyacaq və güclü külək əsəcək (50-57 km/saat). Belə hava yanvarın 16-dək davam edəcək. Atmosfer təzyiqi bir neçə dəfə 1000 metrlik yüksəkliyə qalxıb enəcək. Bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.