Səhiyyə Nazirliyi ölkəyə qripə qarşı peyvənd gətirib. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az nazirliyə istinadən məlumat verir.
Vaksinlərin Bakı şəhəri üzrə paylanması artıq başa çatıb. Hazırda peyvənd materiallarının respublikanın digər şəhər və rayonlarına çatdırılması davam edir və yaxın vaxtlarda başa çatdırılacaq.
Azərbaycanda qripə qarşı peyvənd əhali arasında könüllü şəkildə aparılır. Xəstəliyin qarşısını almaq üçün qrip virusuna qarşı peyvənd vacibdir.