Nizami rayonu ərazisində, Tofiq Abbasov, 40 ünvanında ağac avtomobilin üstünə düşüb.
Bakuplus.az Xezereber-ə istinadən xəbər verir ki, zərərçəkmiş Anar Teymurov həmin ünvana müştəri gətirib, onu düşürüb, geri qayıtmaq istəyən zaman başına bu iş gəlib və avtomobilə ciddi ziyan dəyib.
O, Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etsə də, cəhdləri nəticə vermir. Ona dəymiş zərərin ödənməyəcəyi qəti şəkildə ifadə edilib.
İşində fasilə yaranmaması üçün arxa şüşəni dəyişib taksi fəaliyyətini davam etdirir. Bununla belə, dəymiş zərərin ödənilməsini istəyir.
Hüquqşünaslar bildirirlər ki, vətəndaş belə vəziyyətdə məhkəməyə müraciət edərək, ona dəymiş zərərin ödənilməsini təmin edə bilər.