Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakıda apardığı yoxlamalar zamanı süd məhsullarının emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az AQTA-ya istinadən məlumat verir.
Xətai rayonu, 8 Noyabr prospekti, ev 84 ünvanında fəaliyyət göstərən “Amal” firmasına keçirilən baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib.
Aşkarlanan nöqsanlarla bağlı protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
[caption id="attachment_103313" align="alignnone" width="640"]
Foto AQTA-nın rəsmi saytı[/caption]